Ramil Usubov gənc polislərə xeyir-dua verdi
15 avqust 2014 16:59 (UTC +04:00)

Ramil Usubov gənc polislərə xeyir-dua verdi

Avqustun 15-də Daxili İşlər Nazirliyində (DİN) bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib. DİN-dən Lent.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov ilk olaraq qeyd edib ki, bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş 120 nəfərin təyinatı şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında püşkatma yolu ilə həyata keçirilib. Nəticədə DİN-in müvafiq əmrləri ilə məzunlardan 44 nəfəri Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində, 76 nəfəri isə daimi yaşadıqları yerlər üzrə respublikanın ərazi polis qurumlarında zabit vəzifələrinə təyin ediliblər.       

 

Nazir gənc əməkdaşları həyatlarında ən əlamətdar günlərdən biri - zabit rütbəsi daşımaq şərəfinə nail olmaları və zabit vəzifələrinə təyin edilmələri münasibəti ilə təbrik edib.

 

General-polkovnik R.Usubov Polis Akademiyasında aldıqları nəzəri biliklərin praktiki tətbiqində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, inamla inkişafa doğru getmələrini, xalqa və vətənə sədaqətli xidmətləri ilə polis adını həmişə uca tutmalarını gənc zabitlərə tövsiyə edib.

 

Tədbirin sonunda gənc zabitlərin suallarını cavablandıran nazir onları narahat edən bəzi problemlərin həlli üçün DİN-in aidiyyatı qurumlarına müvafiq tapşırıqlarını vermişdir.        

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1177
avatar

Oxşar yazılar