Pizza yeməyə gedib milyonçu oldular
Amerikanın Virciniya ştatından olan ərlə arvad verdikləri pizza sifarişini gözlədikləri zaman aldıqları lotereya bileti ilə milyon dollar udublar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Meri Hit və Ceyms Brank pizza sifarişindən sonra Blue Ridge Minute Mart mağazasına baş çəkiblər. Ərlə arvad şanslarını yoxlamaq üçün Double Cash Doubler lotereya bileti alıblar. Sonradan oyunun nəticələrini yoxlayanda milyonçu olduqlarını öyrəniblər.
“Ərim bir həftə əvvəl deyirdi: “Görərsən, bu bilet iri məbləğdə uduş gətirəcək”, - Hit söyləyib. – Belə də oldu”.
Qaliblər pulla borclarını ödəməyi və ev almağı planlaşdırırlar.
808