Noyabrın 14-də "Kempinski Badamdar” otelində Azəri-Press Agentliyinin (APA) yaranmasının 10 illiyi təntənəli şəkildə qeyd olunub.
Lent.az-ın Penitensiar Xidmətinin saytına istinadən verdiyi məlumata görə, yubiley tədbirində hökumət nümayəndələri, millət vəkilləri, dövlət qurumlarının və nazirliklərin mətbuat xidmətlərinin nümayəndələri, elm və incəsənət xadimləri, o cümlədən KİV təmsilçiləri iştirak ediblər.
APA kollektivinin bayram sevincinə şərik çıxanlar arasında Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları da olublar. Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov, Penitensiar xidmətin rəis müavini vəzifəsi üzrə səlahiyyətləri icra edən, ədliyyə polkovniki Rafiq Ramazanov, Penitensiar xidmətin rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İskaov 10 illik inkişaf yolu keçmiş APA-nın kollektivini təbrik edərək, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar diləyiblər.
Penitensiar Xidmətin rəhbərliyi APA-nın yubileyində
905