Paytaxtın bu rayonunda qaz yoxdur
0
0
Bu gün səhər saat 09:00-dan orta təzyiqli qaz kəmərlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən həyət evləri, Naximov, Zeytun yaşayış massivlərində qaz təchizatı dayandırılıb.
Bu barədə Lent.az-a "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 09:30-dan 17:30-dək müxtəlif diametrli qaz xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar İsmayıllı rayonunun 2 yaşayış məntəqəsində də qaz təchizatı dayandırılacaq.
0
0