Paytaxtda təmirə bağlanan əsas yollar nə vaxt istifadəyə veriləcək?
01 iyun 2014 12:46 (UTC +04:00)

Paytaxtda təmirə bağlanan əsas yollar nə vaxt istifadəyə veriləcək?

Bir müddət əvvəl təmirə bağlanan Xocalı prospektinin bir hissəsi istifadəyə verilib. APA TV-nin məlumatına görə,  Yusif Səfərov küçəsindən Xocalı prospektinə giriş yolunda aparılan təmir-bərpa işləri tamamlanıb. Nəqliyyatın bu istiqamətdə hərəkəti bərpa olunub. Ərazidə təxminən 800 metrlik hissədə köhnə asfalt-beton örtüyünün qaşınaraq yenisi ilə əvəzlənməsi, xətlənmə, səkilərin yeniləri ilə əvəzlənməsi, kommunikasiya quyularının dəmir-beton piltələrinin və baxış qapaqlarının dəyişdirilməsi işləri yerinə yetirilib. Prospektin "Xətai" metro stansiyasından üzü Yusif Səfərov küçəsi ilə kəsişməsinə kimi olan hissədə isə təmir işləri davam etdirilir. Bu hissənin də yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1159

Oxşar yazılar