Yeni düşüncələr, yeni imkanlar iddiasında olan Hyundai yeni marketinq addımı ilə diqqətə gəlib. Əlinizdən yerə qoymadığınız iPhone-unuz və ya i-Pad-inizlə ‘Real Racing 3’ oyununu oynaya və bununla da Save the Children təşkilatının keçirdiyi xeyriyyə tədbirində iştirak edə bilərsiniz. Yəni Efiopiyadakı Dəvə kitabxanasına yardımçı olarsınız. Aprelin 22-dən mayın 12-dək ‘Real Racing 3’ oyununda Veloster Turbo avtomobili ilə keçdiyiniz mərhələlərin sayı xeyriyyə məbləğinin həcminə təsir edəcək.
Amma bununla yenilik bitmədi. Oyunçuların hər rekordu onlayn serverə ötürüləcək və qalib 2014-cü il İtaliya Sardinya Rallisinə VİP bilet qazanacaq və öz sevimli komandasını canlı görə biləcək.
Dəvə kitabxanası köçəri xalqların maariflənməsi üçün yaradılmış səyyar kitabxanadır.
Qeyd edək ki, Hyundai brendini Azərbaycanda 17 ildə yüksək sevrisi ilə müştəri etimadını qazanan Auto Azerbaycan şirkəti təqdim edir.