2013-cü ildə 63 mindən çox əcnəbi vətəndaş Rusiyadan xaric edilib.
APA-nın xəbərinə görə, bunu Rusiya Federal Miqrasiya Xidmətinin departament rəhbərinin müavini Dmitri Demidenko açıqlayıb. O bildirib ki, ötən il 1,3 min əcnəbi miqrant Rusiyadan deportasiya olunub, yarım milyon əcnəbinin isə ölkəyə giriş hüququ məhdudlaşdırılıb. Rusiyaya giriş hüququ məhdudlaşdırılanlar arasında Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları üstünlük təşkil edir.