Ötən il 1525 nəfər qidadan zəhərlənib
13 yanvar 2014 11:44 (UTC +04:00)

Ötən il 1525 nəfər qidadan zəhərlənib

Ötən il ərzində şadlıq evlərindən 30 826 yaxma nümunəsi götürülüb. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Aparılan yoxlamalar nəticəsində 498 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltılardan 580 nümunə götürülüb ki, onlardan da 5-nin nəticəsi qeyri-kafi olub.

2013-cü ildə əhali arasında 1278 qida zəhərlənməsi hadisəsi baş verib, nəticədə 1525 nəfər zərər çəkib.

Ötən il botulizm hadisəsi nəticəsində 42 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 4 ölüm faktı qeydə alınıb. Bunlardan 3-ü botulizm hadisəsi, 1-i isə çöldən yığılan göbələk nəticəsində baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397

Oxşar yazılar