Azərbaycanda orta məktəblərin bufetlərində isti yeməklərin verilməsi üçün tətbiq olunan standartlarla bağlı monitorinqlər aparılır.
«APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində bəlli olub ki, bir çox yerlərdə çatışmazlıqlar aşkarlanıb: «Biz qabaqlayıcı tədbirlər həyata keçirdik. Bu gün artıq bəzi məktəblərdə aparılan təmir işləri yekunlaşıb».
Komitə sədri deyib ki, gələn ilin yanvar ayından belə bir problemlər olmayacaq: «Eyni zamanda, uşaq bağçalarında da həmin vəziyyət olub. Bununla bağlı müəyyən tapşırıqlar verilib. Bakı şəhər İcra Hakimiyyəti də bu məsələyə çox ciddi yanaşır».