Oqtay Şirəliyev özəl klinikalara xəbərdarlıq etdi
14 mart 2014 13:28 (UTC +04:00)

Oqtay Şirəliyev özəl klinikalara xəbərdarlıq etdi

“Özəl klinikaların xarici həkimlərinin geniş reklam edilməsi çox vaxt xam adamlar üçün nəzərdə tutulan adi kələkdir”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib.

 

Nazir vurğulayıb ki, yüksək ixtisaslı həkimlərin Azərbaycanda olması baha başa gələn işdir: “Məsələ bundadır ki, özəl klinikalar dəvət etdikləri həkimlərin səlahiyyətli olmasına həmişə zəmanət verirmi?”

 

O Şirəliyev onu da vurğulayıb ki, özəl klinikalar belə mütəxəssisləri Səhiyyə Nazirliyindən xəbərsiz dəvət etməklə qanunu pozurlar: “Səhiyyə Nazirliyi həmin həkimlərlə bağlı ya reklamlarda xəbər tutur,  ya da həmin həkim xəstənin sağlamlığına zərər vuranda. Bu sonuncu anda məlum olur ki, həkim əlçatmazdır. Klinika isə “çiyinlərini çəkir” ki, həkim bacardığını etdi”.

 

Nazirin sözlərinə görə, bununla bağlı SN-də yaradılan Komissiya özəl klinikalarda yoxlama apararkən məlum olub ki, reklam edilən xarici həkimlərlə bağlı deyilənlər (onların professionallığı və.s) doğru deyil. “Özü də bu kələkdən çox vaxt qanunsuz fəaliyyət göstərən klinikalar istifadə edir”.

 

O. Şirəliyev onu da qeyd edib ki, qeyd olunan qaydaları pozanlar indiyədək cərimə verməklə canlarını qurtarırdılarsa, bundan sonra bu addımı atmazdan əvvəl ciddi götür-qoy edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3992

Oxşar yazılar