Onun arzusu: “Bir kompüter...”-REPORTAJ
02 noyabr 2013 22:10 (UTC +04:00)

Onun arzusu: “Bir kompüter...”-REPORTAJ

Dəyanət Qəhrəmanov dünyaya gələndən həkim məsuliyyətsizliyi üzündən qüsurlu böyüməli olub. Yeriməyə, danışmağa, fikirlərini ifadə etməyə çətinlik çəkir. Ailənin ilkidir. Gəncliyinin astanasına qədəm qoyub. Cəmi bircə dəfə məktəbə ayaq basıb. Daha sonra gedə bilməyib. Oxumaq arzusu onu heç vaxt rahat buraxmayıb. Bu səbəbdən də əlilliyinə görə aldığı müavinətin bir hissəsini kompüter bilikləri öyrənməyə xərcləyir.

 

O, öz həmyaşıdları kimi top dalınca qaça bilməyib heç vaxt. Deyir ki, yerisəydi də bunu eləməzdi. Daha çox dərs oxumağa ayırardı vaxtını. Orta məktəb təhsilini evdə müəllimləri tədris edir. Özü imkan tapanda kursa gedib bacardığı qədər çox proqram öyrənməyə çalışır.

 

Atası uzun müddət Rusiyada yaşayıb. Ailə qurduqdan sonra bir daha geri dönməyib. Qayğıları artdıqca özünə ev tikə bilməyən ata ailəsini illərdir, kirayədə  saxlayır. Ona görə də Dəyanətin müalicəsi çox vaxt ləngimələrlə həyata keçirilir. Bu da onun sağalmasını əngəlləyir.

 

Araşdırmalara görə, bəzi fiziki qüsuru uşaqlar həyata çox bağlı olurlar. Onlar özlərini sübut etmək üçün bacardıqları qədər səy göstərirlər. Amma bu uşaqlar cəmiyyətdən azacıq biganəlik görəndə təsəvvürləri alt-üst olur və onlar çox aqressiv olurlar.

 

Dəyanət gələcəkdə kompüter proqramları üzrə mütəxəssis olmaq istəyir.

 

İndi ən böyük arzusu özünə kompüter almaqdır. Hər ay aldığı müavinətin bir hissəsini toplayır ki, istəyinə çata bilsin. Maraqlıdır ki, o, özünə kompüter alınması üçün kiminsə yazığı gələr deyə, heç kimə ümid bəsləmir.

 

Teymur Zahidoğlu, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316
avatar

Oxşar yazılar