Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi ilə görüşüb
26 dekabr 2013 20:11 (UTC +04:00)

Ombudsman Beynəlxalq Miqrasiya Təşkilatının rəsmisi ilə görüşüb

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) rəhbər əvəzi Sərhan Aktoprakı qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi BMqT tərəfindən yaxın gələcəkdə həyata keçiriləcək layihənin mühüm istiqamətləri barədə fikir mübadiləsi aparmaq olub.

 

S. Aktoprak bildirib ki, layihənin əsas məqsədi Ombudsman təsisatı kimi, digər dövlət qurumlarında da miqrantların hüquqları üzrə əlaqələndirici struktur bölməsinin yaradılması, Ədliyyə Akademiyasında təhsil alan gənclərin tədris proqramlarına miqrantların hüquqlarına dair fənnin əlavə edilməsi və müvafiq dərsliyin işlənib hazırlanması, məhbusların reabilitasiyası və reinteqrasiyasının bütün qurumlar tərəfindən şəbəkə şəklində effektiv olaraq həyata keçirilməsi və müvafiq sorğuların hazırlanmasından ibarətdir.  

 

Müvəkkil isə miqrantların hüquqlarının müdafiəsi üzrə  işçi qrupunun yaradılmasını təklif edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar