Yeni nazir BP-nin nümayəndə heyəti ilə görüşdü
17 may 2018 19:22 (UTC +04:00)

Yeni nazir BP-nin nümayəndə heyəti ilə görüşdü

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, vitse prezident Zaur Paşayev, ətraf mühit üzrə direktor Faiq Əsgərov arasında tanışlıq görüşü keçirilib.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazirlikdə baş tutan görüş zamanı BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələr, bu layihələrin icrası zamanı ətraf mühitin mühafizəsi ilə əlaqədar fikir mübadiləsi aparılıb, ekoloji standartlara riayət olunması ilə bağlı tövsiyələr verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414
avatar

Oxşar yazılar