Nuşirəvan Məhərrəmli: “Yəqin cini qəfəsə salıb ona göstərmək lazım imiş”
22 may 2014 17:06 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli: “Yəqin cini qəfəsə salıb ona göstərmək lazım imiş”

“ANS-in bizə qarşı qərəzi ola bilər, amma bizim onlara heç bir qərəzimiz yoxdur”. Bunu Lent.az-a açıqlamasında Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib  ki, yanvar ayında ANS-də efirdə “cinçıxırma” əməliyyatı olmuşdu: “Buna görə də MTRŞ ANS-lə bağlı yanvarın 14-də qərar verdi. Qərarla əlaqədar ANS MTRŞ-ya qarşı məhkəmə iddiası qaldırıb. Bu gün məhkəmə MTRŞ-nın ANS-ə dair 14 yanvar tarixli qərarının  ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Təəssüf ki, məhkəmə yalnız bir psixoloqun fikrinə əsaslanaraq, həmin verilişdə “cinçıxarılma” halının olmadığını bildirib. Yəqin cini çıxardaraq, qəfəsə salıb, ona göstərmək lazım imiş..”.    

 

ANS-ə maliyyə yardımının dayandırılmasına gəlincə, MTRŞ sədri vurğulayıb ki, prezidentin sərəncamı ilə televiziya kanallarına serialların çəkilməsi üçün bərabər maliyyə vəsaiti ayrılıb: “Birinci dəfə olaraq biz ANS-ə 400 min manat vəsait ayırmışdıq və həmin vəsaitin də 300 minini onların hesabına köçürmüşük. 300 min manat vəsaitin xərclənməsində müəyyən nöqsanlar var. Bu nöqsanları aradan qaldırmaq üçün onlara vaxt vermişik. Buna görə də biz adıçəkilən telekanala serialların çəkilməsi ilə bağlı vəsaiti ödəməyi dayandırmışıq. Amma digər televiziya kanalları ilə bağlı belə bir problem yoxdur”.

 

N. Məhərrəmli ANS-in vitse-prezidenti Mirşahinin ona ünvanlandırdığı açıq məktubla tanış olduğunu da bildirib: “O məktubla tanışam. Bu, mənasız bir şeydir. İşi bilən adam bilir ki, ayrılan vəsaiti 6 ay əvvəldən xərcləmək olmaz”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1243

Oxşar yazılar