Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə müraciət edib. Lent.az-ın məlumatına görə, NİİM bildirir ki, hazırda Bağırov körpüsü kimi tanınan yol ötürücüsünün tunel hissəsində təmir işləri aparılır. Bununla əlaqədar Heydər Əliyev prospekti kənar yolda (Bağırov körpüsünün altı - şəhər istiqaməti) sıxlıq müşahidə olunmaqdadır. Sürücülərdən əsas yoldan istifadə etmələri xahiş olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl, Bakıda güclü yağış yağarkən həmin ərazidə ciddi problemlər yaranmışdı.