Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 Noyabr
21 noyabr 2014 20:13 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 21 Noyabr

 

 

GÜNÜN ŞƏRHİ

Neftin qiyməti 50 dollar həddinə düşəcək. Bu proqnozun müəllifi Birləşmiş Ştatların Energetika İdarəsinin rəisi Adam Seminskidir. Dünyanı ağır iqtisadi və maliyyə böhranının üçüncü mərhələsi gözləyir və heç bir dövlət bu böhranın təsirindən sığortalana bilməyəcək. Bu proqnozun müəllifi isə Britaniyanın baş naziri Devid Kemerondur. Bu proqnozların ardınca Birləşmiş Ştatlar və Böyük Britaniya İraqda İŞİD-in nəzarətində olan strateji mövqeləri sürəkli bombardman etməyə başlayır, ABŞ İraqa 1500 nəfərlik kontingent göndərmək qərarı verir, prezident Obamaya İŞİD-ə qarşı döyüşən kürd peşmərgələrə hərbi yardım göstərmək səlahiyyəti verilir. İlk baxışdan qəribə görünür, gözlənilən iqtisadi böhranla ABŞ-ın İŞİD-ə qarşı hərbi əməliyyatları aktivləşdirməsi arasında nə bağlılıq ola bilər? Çox sadə... Supergüclər iqtisadi böhranlardan hərbi sənaye kompleksini inkişaf etdirmək hesabına çıxırlar, başqa sözlə desək müharibələr çökən iqtisadiyyatı dirçəltmək üçün yeganə vasitədir. Münaqişələr silaha tələbatı artırır, müharibə olarsa, silah satışının həcmini artırmaqla çökən iqtisadiyyatı dirçəltmək mümkündür. Demək ki, siyasətin hər kəsin bilmədiyi bir qanunu belə səslənir: “Əgər dünya silah bazarında xüsusi çəkisi olan ölkələr iqtisadi böhranın başlayacağını bəyan edirlərsə, planetin hansısa nöqtəsində ciddi hərbi qarşıdurmanın baş verəcəyi şəksizdir”. Kemeron və Seminskinin proqnozlarını belə dəyərləndirmək lazımdır. Deyəsən, Yaxşı Şərqdə yenə qan su yerinə axacaq...

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456
avatar

Oxşar yazılar