Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 16 may
16 may 2014 20:08 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - 16 may

NƏSİMİ NƏBİZADƏNİN TƏQDİMATINDA GÜNÜN ŞƏRHİ

Türkiyədə elan edilən 3 günlük matəmin bu gün sonuncu günüdür. Amma Soma faciəsində həlak olanların xatirəsi hələ uzun illər yad ediləcək, anılacaq. Bu kədər, bu itki həyatlarını itirən mədənçilərin ailələrinin - həyat yoldaşını, oğlunu, qardaşını atasını itirənlərin qəlbindən isə heç vaxt silinməyəcək. Azərbaycanlılar da bu üç gündə qardaş Türkiyəylə bir yerdə oldular. Bunu Azərbaycanın dövlət başçısının, rəsmilərin, medianın, sıravi azərbaycanlının da hadisəyə münasibətindən görmək olar. Türkiyədəki insanlar evlərində qışın soyuğunda üşüməmələri üçün yerin altında çalışan və qəzada ölən insanlarını inanıram ki, yalnız soyuq məzarlarda deyil, öz isti ürəklərində xatırlayacaqlar. Bu dəfə onların üşüməməsi üçün. Bu gün cümə namazında Bakı məscidlərində xütbələrdə oxunan dualar da yəqin ki, onların ruhlarını rahatlatdı. Çünki bu qardaş duaları idi, biz bu duaları ürəkdən etdik, çünki bu üç gündə hamımız somalı olduq.

Allah rəhmət eləsin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 595
avatar

Oxşar yazılar