Azərbaycanda bir neçə dövlət idarəsi ilə bağlı məhkəməyə müraciət olunub. Bu barədə Lent.az-a 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən məlumat verilib. Belə ki, “Özkanlar Hidrolik Makine İmalat İnşaat Sanayi və Ticarət” LTD borc tələbi ilə iri dövlət şirkəti olan “Azərsu” ASC-ni məhkəməyə verilib. Məhkəmə iclası bu gün baş tutacaq. Bundan başqa, aktın ləğv edilməsi ilə bağlı “El” kiçik müəssisəsi də “Azərsu”nu məhkəməyə verib.
Həmçinin, Nəqliyyat Nazirliyinin “81 saylı Yol İstismarı” MMC və “85 saylı Yol İstismarı” MMC-ləri də məhkəmə qarşısında cavab verəcəklər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan “Aztelekom” İstehsalat Birliyi dəymiş ziyanın ödənilməsi ilə bağlı həmin idarələri məhkəməyə (Bakı İnzibati-İqtisad Məhkəməsi) verib.