Bakıdakı təzə parkdan- REPORTAJ
14 dekabr 2013 20:08 (UTC +04:00)

Bakıdakı təzə parkdan- REPORTAJ

Bakıda yeni salınan Dədə Qorqud parkı Dənizkənarı Milli Parkdan sonra ikinci ən böyük parkdır. Hələlik tikintisi tam baş çatmayan park Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı olacaq.

 

Ziyarətçilər gələcəkdə burda Azərbaycanın irsini, tarixini, təbiətini və mədəniyyətini əks etdirən nümunələrlə tanış olacaq. Cığırlar üzərində isə yeddi talvar salınacaq. Talvarlıq Azərbaycanda geniş yayılmış ənənədir və kölgəlik yaratmaq məqsədi ilə istifadə olunur. Tariximizin və mədəniyyətimizin yaddaqalan səhifələrinə həsr olunmuş bu talvarlar ozan kimi, park boyunca, Azərbaycan tarixini və mədəni irsini yaşadan hekayətlər nəql edəcək. Talvarlar Kitabi-Dədə Qorqud talvarı, İpək yolu, On iki prinsip, Doqquz iqlim zonası, Novruz , İncəsənət  və Poeziya adlanacaq.

 

Heydər Əliyevin 2000-ci ildə imzaladığı Fərmana əsasən, Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” Sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilib.

 

Parkın ərazisi hasara alınacaq ki, hasarın bayırında Dədə Qorqud dastanlarından toplanmış sitatlarla bəzədiləcək. Burda üç adda bağ salınacaq  - İrs bağı, Botanika bağı, İncəsənət bağı.  Hələlik İrs bağı adlanan hissə hazırdır ki, Kitabi-Dədə Qorquda və Azərbaycanın tarixinə həsr olunub. Mərkəzi Dədə Qorqud abidəsi bu bağda yerləşir.

 

APA TV-nin xəbərinə görə, abidədə dastanın müqəddiməsi və 12 boyundan hissələr əks olunub. Digər iki bağ - Botanika vadisi Azərbaycanın flora və faunasını, İncəsənət bağı  Azərbaycanın incəsənəti, musiqisi və ədəbiyyatından xəbər verəcək. Parkda salınacaq üç bağ cığırlar ilə birləşəcək. Park alçaq hündürlüyə malik hasarla dövrəyə alınacaq. Daş hörgülü bu hasarı çəkməkdə məqsəd parkın ərazisini ətrafdan fərqləndirmək və parka giriş məntəqələrini müəyyən etməkdir. Daşdan tikilmiş bu piyada körpüsü Araz Fəvvarəsinin üzərindən keçən əsas körpü olacaq.

 

Parkın özəlliyi isə bu süni göldür. Ərazisi 3 hektardır. Parka istirahətə gələnlər xüsusi qayıqlarla gəzintiyə çıxa biləcəklər. Bunun üçün ərazidə, süni şəlalənin alt hissəsində liman inşa olunub.

 

Gölün tikintisi və mühəndislik işi bütövlükdə xarici mütəxəssislər tərəfindən layihələndirilib. Gölün inşası zamanı bu sahədə ən son nailiyyətlər tətbiq edilib. Ümumilikdə gölün iki yerində xüsusi su bitkiləri ilə örtüləcək kiçik körfəzlər yaradılıb. Ümumi su tutumu 25 min kubmetrə yaxın olan göl üçün əlavə olaraq 1200 kubmetr tutumu olan yeraltı ehtiyat hovuz inşa edilib.

 

Dədə Qorqud parkı, eyni zamanda, beynəlxalq turizm mərkəzi kimi fəaliyyət göstərəcək. Parkdan başlayan bu tur Bakının bir sıra görməli yerlərini gəzərək parka qayıdacaq. Təklif olunan dairəyə Bakının mühüm mədəni-tarixi abidələri daxil olacaq. İki mərtəbəli tur avtobusları daim tur xətti üzrə hərəkət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar