Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiyası Mərkəzində Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirilib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev mərkəzdə peşə kurslarına cəlb olunmuş əlilliyi olan şəxsləri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş arzularını ifadə edib. Qeyd olunub ki, ötən ilin dekabrında prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi həmin insanların ümumən sosial reabilitasiyasında mühüm rol oynayır. Burada əlilliyi olan insanların kompüter istifadəçisi, dərzilik, qadın və kişi bərbərliyi, toxuculuq, rəssamlıq, xalçaçılıq və digər peşələr üzrə peşə hazırlığının təşkili, həmçinin onlara tibbi və kommunal xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb.
Sonra mərkəzdə sağlamlıq imkanları məhdud gənclər arasında Novruz bayramı münasibətilə müxtəlif idman növləri üzrə keçirilmiş yarışın qalibləri olan 24 nəfərə diplom və mükafatlar, digər iştirakçılara isə həvəsləndirici mükafatlar
verilib. Əlilliyi olan şəxslər bayram sevinclərini bölüşərək, onlara göstərilən dövlət qayğısından razılıqla söz açıblar. Bayram tədbiri musiqili-əyləncəli proqramla davam edib.

Nazirlik rəsmiləri sağlamlıq imkanları məhdud gənclərlə görüşüb
Oxşar yazılar

Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı
7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC
7 iyul 2025 , 18:35
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10