Nazirin vətəndaşlarla görüş vaxtı dəyişdirildi
14 mart 2014 14:40 (UTC +04:00)

Nazirin vətəndaşlarla görüş vaxtı dəyişdirildi

Kənd təsərrüfatı naziri Heydər Əsədovun martın 14-də Cəlilabad rayonunda vətəndaşlarla nəzərdə tutulmuş görüşü martın 28-i tarixinə keçirilib. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
 

H. Əsədov həmin tarixdə saat 11:00-da Cəlilabad Olimpiya İdman Kompleksində (Ünvan: Cəlilabad şəhəri, Qurtuluş küçəsi, 296) Cəlilabad, Lənkəran, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar