Nazirdən rabitə xidmətləri və radio-televiziya yayımına dair TAPŞIRIQ
27 dekabr 2013 12:16 (UTC +04:00)

Nazirdən rabitə xidmətləri və radio-televiziya yayımına dair TAPŞIRIQ

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi  və Yeni il Bayramı günlərində əhalinin rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair tabeçilikdə olan rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. 

 

Bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya və internet xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, telefonların kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun təmin olunması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə müvafiq tədbirlər görüləcək. 


Göstərilənlərlə yanaşı, bayram ərəfəsində və bayram günlərində abunəçilərin ev telefonlarının daimi işini təmin etmək məqsədilə, telefonların rabitə xidmətləri borclarına və digər səbəblərə görə şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur. 


Abunəçilərin rahatlığı və bayram ovqatının yüksəldilməsi üçün bir sıra əlavə tədbirlər də həyata keçiriləcək.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075

Oxşar yazılar