Nazir Qəbələyə gedəcək
29 dekabr 2013 14:23 (UTC +04:00)

Nazir Qəbələyə gedəcək

Ədliyyə naziri Fikrət Məmmədov 2014-cü il yanvarın 8-də Qəbələdə vətəndaşlar qəbul edəcək.

Lent.az-ın verdiyi məlumata görə, qəbulda Qəbələ, Oğuz və İsmayıllı rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Qəbul saat 11.00-dan etibarən Qəbələ Mədəniyyət Mərkəzində (ünvan: Qəbələ şəhəri, 28 May küçəsi, 40) keçiriləcək.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (telefonu: (02424) 4-34-48; 4-43-47), habelə Ədliyyə Nazirliyinin (012) 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected]. az elektron poçt ünvanı vasitəsilə, eləcə də Qəbələ Mədəniyyət Mərkəzində yazıla bilərlər. Bayram və istirahət günlərində qəbula (055) 634-85-15, (055) 652-07-07 nömrəli telefonlarla yazılmaq mümkündür.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət olunmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar