“Tibbi-Sosial Ekspert Komissiyası sahəsində ciddi islahatlar başlayıb”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, TSEK-lərlə bağlı 1997-ci ildən mövcud olan əsasnamədə də dəyişiklər ediləcək. “Həmin dəyişikliklərdə komissiyada çalışan həkimlərin iş yükü də nəzərə alınacaq. Çünki artıq əhalinin sayı 9 milyondan artıqdır. Buna görə də, qanunda dəyişiklik olmalıdır”.
Nazir müavini TSEK-lərin rayonlar üzrə bölgüsündə dəyişiklik edilməsinin nəzərdə tutulduğunu da bildirib.
N. Məmmədov onu da vurğulayıb ki, nazirlik tərəfindən əlillərin hüquqları haqqında yeni qanun hazırlanıb, başa çatmaq üzrədir: “Qeyd olunan qanun layihəsi gələn ilin əvvəlində hökumətə təqdim ediləcək”.
N. Məmmədovun sözlərinə görə, sağlamlıq imkanları məhdud olan uşaqların reabilitasiyası və əlilliyin təyin edilməsi və sosial müdafiəsi haqqında qanunda da dəyişiklik ediləcək.