Nazir müavini: “Dərman preparatlarının içlikləri bir-bir yoxlanılır”
30 yanvar 2015 13:06 (UTC +04:00)

Nazir müavini: “Dərman preparatlarının içlikləri bir-bir yoxlanılır”

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Dilçilik İnstitutu tərəfindən dərman preparatlarının içlik vərəqələrində aparılan monitorinq nəticəsində aşkarlanan nöqsanlara münasibət bildirib. O qeyd edib ki, bu, dar sahədir. “Burada tibbi terminologiya məsələsi də var ki, dilçilər onu bilmirlər. Bu məsələdə onlarla ortaq məxrəcə gəldik. Dərman preparatlarının içlik vərəqələri bir-bir yoxlanılır”.

Nazir müavini təəssüflə vurğulayıb ki, bəzi hallarda yoxlamadan keçməyən içlik vərəqələri də dərman preparatlarının içərisinə düşə bilir. “Buna qarşı addımlar atılır və yəqin ki, gələcəkdə bu hallar olmayacaq. Bu məsələ tibbi terminologiya ilə bağlı olduğuna görə nazirliyin mütəxəssisləri tərəfindən də məsələyə baxılıb”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 86

Oxşar yazılar