Nazir müavini: ”Qeysəriyyə kəsiyi əməliyyatları ilbəil artır”
26 dekabr 2013 14:39 (UTC +04:00)

Nazir müavini: ”Qeysəriyyə kəsiyi əməliyyatları ilbəil artır”

 

“Son 10 il ərzində doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 13,9-dan 18,6-ya qalıb, ölüm isə 6,0-dan 5,9-a düşüb. Təbii artım 7,9-dan 12,7-dək yüksəlib ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir”. Lent.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

 

Nazir müavini qeyd edib ki, şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2003-cü illə müqayisədə təxminən 3,6 dəfə artıb, ölüm göstəricisi hər 100 min nəfərə 2,6 dəfə aşağı enib: “Bədxassəli şişlərlə mübarizə işində nəzərəçarpacaq irəliləyiş əldə olunub. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı xeyli yaxşılaşıb. Əgər 2006-ci ildə onkoloji xəstələr üçün 14 adda kimya terapiyası dərmanları alınmışdısa, 2012-ci ildə 46 və 2013-cü ildə bunların sayı 58-ə çatdırılıb. Görülən tədbirlər nəticəsində onkoloji xəstəliklərdən ölüm göstəricisinin son 10 il ərzində stabilləşməsinə nail olunub”.

 

E. Ağayevin sözlərinə görə, cari ildə antenatal xidmətin təşkilində və hamilələrin hospitalizasiyasında mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bir sıra mühüm işlər görülüb: “Bu məqsədlə nazirlik tərəfindən tibb müəssisələrinin bu sahədə fəaliyyətini tənzimləyən normativ sənədlər qəbul olunub. Hazırda hospitalizasiya bölgü prinsipi əsasında, perinatal yardım səviyyələri üzrə müəssisələrə uyğun olaraq həyata keçirilir.  Mövcud problemlərdən biri də qeysəriyyə kəsiyi əməliyyatlarının son illər ərzində ilbəil artmasıdır. Tibbi göstəriş olmadan belə əməliyyatların həyata keçirilməsinin qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Eyni zamanda Səhiyyə Nazirliyi tərəfindən “Qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsasları” və bu əməliyyatlar üzrə klinik protokol hazırlanaraq kollegiyanın qərarı ilə təsdiq edilib”.

 

 Səhiyyə nazirinin müavini onu da vurğulayıb ki, son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən müəssisələrin maddi texniki bazası möhkəmləndirilib, onların dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. “Əgər 2003-cü ildə respublikada körpə ölümü göstəricisi 16,7 promilli idisə, 2013-cü ildə bu rəqəm 10,8-ə bərabər olub. Ana ölümü əmsalı 2003-cü illə müqayisədə 18,5-dən 2013-cü ildə 14,5-a enib”-deyə, nazir müavini əlavə edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar

Bu xəstəxanalara  yeni baş həkimlər təyin edildi

Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi

12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

12 avqust 2025 , 12:39
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22