Nazir müavini: “13607 nəfərə əlillik dərəcələri təyin edilib”
29 dekabr 2013 11:48 (UTC +04:00)

Nazir müavini: “13607 nəfərə əlillik dərəcələri təyin edilib”

“Onkoloji, uroloji xəstələrə, dializ xəstələrinə, I qrup əlillərə, penitensiar xidmətdə cəza çəkənlərə 2300 arayış və əlillik dərəcələri təqdim edilib”. Lent.az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

Nazir müavini qeyd edib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, ölkə üzrə ümumilikdə 17 mindən artıq vətəndaşın II və III qrup əlillik üzrə ilkin əlillik  müayinələri ilə bağlı aparılan işlərin yerindəcə araşdırılması, müayinəsi tələb olunan şəxslərin müayinədən keçirilməsi məqsədi ilə 8 işçi qrupu yaradılıb: “İşçi qrupları tərəfindən 15 gün ərzində aparılan araşdırmalar dekabrın 25-də başa çatıb”.

N. Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı respublika üzrə 16 min 850 nəfərin ilkin əlillik sənədlərindən 3653 nəfərin sənədləri qiyabi şəkildə yoxlanaraq, təsdiq edilib. 11729 nəfərin ilkin əlillik sənədləri isə həmin şəxslərin əyani müayinəsi aparmaqla yoxlanıb: “Əyani müayinəsi aparılan vətəndaşlardan 753 nəfəri barədə əlavə müayinə təyin edilib. Qalan 10976 nəfərdən 1023 nəfəri tam reabilitasiya, 905 nəfəri isə hissəvi reabilitasiya olunub”.

N. Məmmədov onu da vurğulayıb ki, əyani müayinəyə dəvət edilən 13197 nəfərdən 1468 nəfəri müayinəyə gəlməyib. Beləliklə, araşdırmaların nəticəsi olaraq, işçi qrupları tərəfindən 13606 nəfərə əlillik dərəcələri verilib. Bu gündən etibarən həmin şəxslərə müvafiq müayinə aktından çıxarışlar təqdim olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar