Nazir: “Yük dövlətin üzərinə düşməməlidir ”
14 dekabr 2013 13:04 (UTC +04:00)

Nazir: “Yük dövlətin üzərinə düşməməlidir ”

Nazir: “Yük dövlətin üzərinə düşməməlidir ”

“Hər bir şagirdin elektron dərsliklərlə yüklənmiş planşetlərlə təmin olunması istiqamətində hazırlıq işləri aparılmalıdır”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib: “Müxtəlif mənbələrdən istifadə olunmaqla təhsilin maliyyələşdirmə sisteminin təkmilləşdirilməsi, təhsil müəssisələrində adambaşına maliyyələşdirməyə keçid, təhsilin inkişaf fondunun yaradılması nəzərdə tutulur”.

Nazirin sözlərinə görə, maliyyələşdirmədə əsas yük dövlətin üzərinə düşməməlidir. Bu yük bütün cəmiyyət, biznes sahələri, valideynlər, bütün fayda götürənlərin üzərinə düşür: “Təbi ki maliyyələşdirmədə əsas rolu dövlət həyata keçirir. Amma beynəlxalq təcrübə göstərir ki, düzgün yanaşma sahəsində təhsil sahələrinin özünü maliyyələşdirmə sisteminin tətbiqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi  müsbət imkanlar yaradır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1053

Oxşar yazılar