Nazir: ”Qüsurlar müəllimlərin kifayət qədər ixtisaslı olmamasından irəli gəlir ”
14 dekabr 2013 12:01 (UTC +04:00)

Nazir: ”Qüsurlar müəllimlərin kifayət qədər ixtisaslı olmamasından irəli gəlir ”

“Hər bir təhsil sisteminin gücü onun təhsilində xidmət edən müəllimlərin biliyindən üstün ola bilməz. Bu gün Azərbaycan təhsilində olan qüsurların əsas səbəblərindən biri pedaqoji heyətin xeyli hissəsinin hələ də kifayət qədər ixtisaslı olmamasından irəli gəlir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, son 20 ildə hər il məktəblərə çoxlu sayda təcrübəsi, bəzi hallarda kifayət qədər pedaqoji təhsili olmayan təhsil verənlər gəlib. Nazir qeyd edib ki, hətta onların arasında saxta diplomlarla işləyənlərə də rast gəlinir: “Bir tərəfdən bunun səbəbi maaşın az olmasından müəllimliyin peşə kimi cəlbediciliyini itirməsi, nəticədə savadlı gənclərin özləri üçün daha perspektivli olan digər ixtisasları seçməsi olubsa, digər səbəb ali təhsil müəssisələrinin müəllim ixtisasına ən aşağı balla qəbul olunma imkanı yaratdığından çox aşağı bilik səviyyəli insanların bu sahəyə axınını stimullaşdırmasıdır. Hazırda müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrində hazırlanan pedaqoji kadrların sayı onlara olan real tələbatı təxminən 2 dəfə üstələyir. Sistemin nə qədər qeyri-səmərəli çalışdığını aydın görmək olur”.


M. Cabbarov əlavə edib ki, imtahan prosesi nəticəsində müəllimlərin biliklərinə əsaslanaraq vakansiyaların doldurulmasında çətinlik çəkilir. Bu vəziyyəti dözülməz hesab edən təhsil naziri qeyd edib ki, pedaqoji kadr hazırlığı məsələlərinə xüsusi diqqət ayrılmasını, bu sahədə nəticələri davamlı aşağı olan təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasını vacib sayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar