“Hazırda Azərbaycanın məktəblərində dərslik çatışmazlığı ilə bağlı hər hansı bir problem yoxdur”. Lent.az-ın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, orta məktəblərə dərsliklərin paylanması məsələsi daima nazirliyin nəzarətdədir: “Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsi, Bakı şəhər Təhsil İdarəsi və rayon təhsil şöbələri bununla bağlı mütəmadi məlumatlar verir. Məktəblərdə dərslik çatışmazlığı problemi həll olunub. Əgər valideynlərdə və jurnalistlərdə dərsliklərin paylanmasında problem olmağı ilə bağlı məlumat varsa, biz buna operativ reaksiya verməyə hazırıq. Bu il 1 milyon 200 mindən çox şagirdin dərsliyi Azərbaycan dövləti tərəfindən pulsuz təmin olunur”.