Nazir: “Hər il istehsalatda 250-yə qədər bədbəxt hadisə baş verir”
24 aprel 2014 10:55 (UTC +04:00)

Nazir: “Hər il istehsalatda 250-yə qədər bədbəxt hadisə baş verir”

Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində xəsarət alan və ya dünyasını dəyişən insanların sayı açıqlanıb.


 

APA-nın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “İş yerində kimyəvi maddələrdən istifadə zamanı əməyin mühafizəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, müstəqillik dövründə əməyin mühafizəsi sahəsində birgə səylər öz bəhrəsini verib. Onun sözlərinə görə, illər ötdükcə iqtisadiyyatın sürətlə inkişaf etməsinə, muzdlu işçilərin sayının artmasına, yeni iş yerləri və sahələrinin yaradılmasına baxmayaraq, respublikada əməyin mühafizəsi üzrə statistik göstəricilər tədricən yaxşılaşıb: “Belə ki, ölkəmizdə son 10 illikdə hər 100000 nəfər işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisələrin, o cümlədən ölümlə nəticələnən hadisələrin sayında nisbi sabitlik müşahidə olunub. 1997-2000-ci illərdə hər il 100000 işləyənə düşən istehsalatla bağlı bədbəxt hadisə nəticəsində ölənlərin sayı 4 nəfər, 2009-2012-ci illərdə 4-6 nəfər olub. Eləcə də 1997-2000-ci illərdə hər 100000 işləyənə düşən istehsalatda xəsarət alanların (ölümlə nəticələnməyən) sayı 16, 2009-2010-cü illərdə 15-16 nəfər, 2011-2012-ci illərdə isə 4-5 nəfər təşkil edib”.

 

Nazir qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatının verdiyi məlumata görə, hər il dünyada istehsalatda təxminən 339 milyon bədbəxt hadisə baş verir, 160 milyon nəfərə xəsarət alır və peşə xəstəliyinə tutulur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində həlak olanların sayının hər il təxminən 2 milyon 340 min nəfər olduğunu deyən S.Müslümov əlavə edib ki, digər tərəfdən bu hadisələr dünya iqtisadiyyatına hər il 2,8 trilyon ABŞ dolları həcmində ziyan dəyməsinə, dünya üzrə ümumi daxili məhsulun 4%-nin itirilməsinə səbəb olur: “Azərbaycanda da istehsalatda hər il 250-yə qədər bədbəxt hadisə baş verir. Bu hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80 nəfərə yaxındır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 549
avatar

Oxşar yazılar