Naxçıvanın 90 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
14 yanvar 2014 18:40 (UTC +04:00)

Naxçıvanın 90 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən,  Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Mədəniyyət və Turizm, Xarici İşlər, Təhsil nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası birlikdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Sərəncamda NMR-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tövsiyə edilir.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, 2014-cü il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi tamam olur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1348
avatar

Oxşar yazılar