Bu gün müğənni Nadir Qafarzadə qocalar evinə gedib.
Lent. az-ın məlumatına görə, qocalar evinə baş çəkən müğənni oradakı yaşlı insanlara Novruz bayramı sovqatı bağışlayıb. Daha sonra onlarla birgə yemək yeyən müğənni öz musiqi hədiyyəsini də təqdim edib.
Müğənni bu tədbirlə bağlı açıqlama vermək niyyətində olmadığını söylədi: “Mən daim qocalar evinə gedirəm. Bunu hər dəfə açıqlayası deyiləm. Bircə onu deyə bilərəm ki, bu mənim içimdən gəldiyindən edirəm. Bu qədər. Barəmdə xeyriyyə işlərlə bağlı xəbərlərin yayılmasının tərəfdarı deyiləm”