Həbsxanaya mürəbbənin içində narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb. Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə 3 saylı İstintaq təcridxanasında baş verib. Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinə əsasən həbs edilmiş şəxs Vahid Engilis oğlu Eminovun tanışı, Bakı şəhəri sakini vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman göyəm mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.