Müəllimlərin qurultayı keçirildi - YENİLƏNİB
14 dekabr 2013 18:40 (UTC +04:00)

Müəllimlərin qurultayı keçirildi - YENİLƏNİB

Heydər Əliyev Mərkəzində Azərbaycan müəllimlərinin XIV qurultayı başlayıb. Lent.az-ın məlumatına görə, bütün bölgələrdən nümayəndələrin seçildiyi qurultayda təhsil naziri Mikayıl Cabbarov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Administrasiyasının rəsmiləri, millət vəkilləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər işçiləri, QHT nümayəndələri, nüfuzlu müəllim və ziyalılar iştirak edir. Ümumilikdə, qurultaya 900-ə yaxın nümayəndə qatılıb.


Hər 5 ildən bir keçirilən qurultayda ölkə təhsilinin inkişafında görülən işlər, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ndan irəli gələn məsələlər, qarşıya qoyulan vəzifələr müzakirə olunacaq.

Tədbirdə öncə təhsil naziri Mikayıl Cabbarov çıxış edib. Nazir bildirib ki, 107 il bundan qabaq 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilib. Nazir onu da vurğulayıb ki, “Azərbaycan Respublikasının Təhsil Stategiyası” təhsillə bağlı bütün subyektləri əhatə edir: “Sənəddə kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun qaldırılması və. s. əsas hədəflər kimi götürülüb. Təhsil şagirdlərə düzgün qərar qəbul etməyi aşılamalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2118

Oxşar yazılar