Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək
21 iyul 2018 13:35 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək

Müəllimlərin işə qəbulu üzrə növbəti imtahan iyulun 23-də keçiriləcək. İyulun 20-də ingilis və alman dilləri üzrə keçirilmiş test imtahanlarında 2918 nəfər iştirak edib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq ingilis dili üzrə 54, alman dili üzrə isə 56 bal qeydə alınıb. İyulun 23-də keçiriləcək riyaziyyat üzrə test imtahanlarında 3524 namizədin iştirakı nəzərdə tutulur.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar