Müəllim işləmək istəyənlərə xəbər
19 avqust 2013 11:37 (UTC +04:00)

Müəllim işləmək istəyənlərə xəbər

Müəllimlərin işə qəbulu üzrə imtahanların və müsahibənin nəticələrinə görə, vakant yerlərə ərizə qəbuluna başlanıb. Bu barədə Lent. az-a Təhsil Nazirliyindən  məlumat verilib. Əlavə yerləşdirmədə iştirak etmək üçün keçid balını toplamış, lakin işə qəbul olunmamış namizədlər şəxsi səhifələri vasitəsilə qalan yerlər haqqında məlumatla tanış olmalı, ixtisası üzrə ən çoxu 4 vakant yer seçməli və seçimini təsdiqləməlidirlər. Boş qalan vakant yerlərin seçilməsi avqustun 19-da saat 10.00-da başlayacaq və avqustun 21-də saat 18.00-da başa çatacaq.

Əlavə yerləşdirmə  avqustun 21-də, saat 19.00-da aparılacaq və nəticələr dərhal namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Əlavə yerləşdirmə nəticəsində vakant yerləri tutanlar avqustun 23-də müsahibə keçəcəklər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1638

Oxşar yazılar