Müdafiə Nazirliyi kütləvi xidmətə qəbul elan edib
12 dekabr 2013 14:37 (UTC +04:00)

Müdafiə Nazirliyi kütləvi xidmətə qəbul elan edib

Müdafiə Nazirliyi bütün ordu korpusları üzrə xidmətə qəbul elan edib. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

 

Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1642
avatar

Oxşar yazılar