“Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi vəzifəsində Eldar Sabiroğludur və o işdən çıxarılmayıb”. Lent.az-ın modern.az-a istinadən xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda qeyd edilib ki, hazırda o məzuniyyətdə olduğu üçün iş başında deyil, məzuniyyəti bitdikdən sonra işinə qayıdacaq.
“Nazirliyin mətbuat xidmətinin rəis müavini vəzifəsi isə boşdur və bura hələlik təyinat olmayıb”.
E. Sabiroğlu AzNews.az-a bildirib ki, bu gün onun məzuniyyət müddəti bitir və artıq sabahdan işinin icrasına başlayacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra nazirlikdə bir sıra islahatlar aparılmışdı. Aparılan islahatlar nəticəsində Teymur Abdullayev mətbuat xidmətinin rəis müavini vəzifəsindən uzaqlaşdırılmışdı.