MTRŞ sədri: “Serial çəkilişlərinə ayrılan vəsait sabahdan ödəniləcək”
03 iyul 2013 15:52 (UTC +04:00)

MTRŞ sədri: “Serial çəkilişlərinə ayrılan vəsait sabahdan ödəniləcək”

“Sabahdan serial çəkilişləri üçün ayrılan vəsaitin televiziya kanallarına ödənilməsinə başlanacaq”. Bunu Lent.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən ayrılan 6 milyon manat vəsait özəl televiziya kanallarının hər birinə 400 min manat olmaqla bölünüb. Hazırda bu pulların ödənilməsi üçün müqavilələr bağlanılır.

 

Prodakşnlara vəsaitinin ayrılması məsələsi isə hələlik açıq olaraq qalır. Şura sədri deyib ki, hələlik prodakşnlara serial çəkilişləri üçün maliyyə verilməsi tam həllini tapmayıb.

 

N. Məhərrəmlinin sözlərinə görə, rəhbərlik etdiyi qurum tərəfindən televiziya və radiolara lisenziya verilməsinin yeni qaydaları üzərində iş degir: “Rəqəmsal yayıma keçidlə bağlı məsələ həllini tapmalıdır. Rəqəmsal yayıma keçən kimi lisenziyaların verilməsinin yeni qaydaları da təsdiq olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478
avatar

Oxşar yazılar