MTRŞ “cin” məsələsini müzakirə edəcək
13 yanvar 2014 15:25 (UTC +04:00)

MTRŞ “cin” məsələsini müzakirə edəcək

“ANS” telekanalında yayımlanan “Adam içində” verilişinin canlı efirində həyata keçirilən “cin çıxarma” əməliyyatına Milli Televiziya və Radio Şurasından da reaksiya gəlib. 
 

Lent.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, N. Məhərrəmli deyib ki, bu məsələ Şuranın sabahkı iclasında müzakirə olunacaq və lazımı ölçü götürüləcək: “Təəssüf edirəm ki, sosial problemli insanların vəziyyətləri üzərində şou düzəldirlər. Bu, xoşagələn hadisə deyil. Fiziki, mənəvi problemləri olan insanların durumu ilə əylənmək olmaz”.

Qeyd edək ki, Elgiz Əkbərin təqdimatı ilə ANS-də yayımlanan “Adam içində” proqramı zamanı cindar Həsən canlı efirdə epilepsiya xəstəsi olan və daxilində cin olduğu iddia edilən gənc qızın bədənindən “cin çıxarıb”. Canlı efirdə bütün bu yaşananlar sosial şəbəkələrdə də etirazla qarşılanıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785
avatar

Oxşar yazılar