MTRŞ: “Radioların yayım vəziyyəti bizi qane etmir”
13 dekabr 2013 12:46 (UTC +04:00)

MTRŞ: “Radioların yayım vəziyyəti bizi qane etmir”



“Radioların yayım vəziyyəti bizi qane etmir”. Lent.az-ın məlumatına görə, bunu MTRŞ-nın sədr müavini Qafar Cəbiyev jurnalistlərə açıqlamasında deyib. Q. Cəbiyev qeyd edib ki, regionlarda təkcə Gəncədə fəaliyyət göstərən Kəpəz radiosu respublika yayımçısıdır: “Kəpəz radiosu istisna olmaqla, fəaliyyət göstərən digər radiolarda bu imkan yoxdur. Bakıdan bir az uzaqlaşan kimi, radioların dalğası itir”.

Q. Cəbiyevin sözlərinə görə, bu gün təkcə televiziyaların yox, radioların da rəqəmsal yayıma keçirilməsi gündəmdədir. Yaxın vaxtlarda radioların da rəqəmsal yayıma keçirilməsi məsələsini müzakirə edəcəyik”.

MTRŞ rəsmisi onu da bildirib ki, son dövrlər radio dinləyicilərinin sayı artmaqdadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar