Bağırovun hakimiyyətə gəlməsinin 80 illiyi qeyd edilib
27 dekabr 2013 17:48 (UTC +04:00)

Bağırovun hakimiyyətə gəlməsinin 80 illiyi qeyd edilib

“Mircəfər Bağırov 1937-ci il repressiyasının nə iştirakçısı olub, nə də icraçısı”. Lent.az-ın məlumatına görə, bunu bu gün Mircəfər Bağırovun Azərbaycan rəhbərliyinə gəlməsinin 80 illik yubiley tədbirində onun nəvəsi Tağı Bağırov deyib.

 

Tədbirdə T. Bağırov babasının Azərbaycan xalqı naminə gördüyü işlərdən söhbət açıb. Onun haqqında yazılan kitablardan bəhs edib.

 

Daha sonra sabiq millət vəkili Maksim Musayev atasının  M. Bağırov haqqında xatirələrindən danışıb: “Atamla Mircəfər Bağırov dost olublar. Atam ölənə yaxın məni yanına çağırıb dedi ki, oğlum, mən Mircəfər Bağırov haqqında kitab yazıram. Amma qorxuram öləm, yarımçıq qala. Mən atamın yazdığı o kitabı tapmışam. Bu yaxınlarda tamamlayıb çapa verəcəm. Bağırov öz xalqını represiyalardan qoruyub. Bunu bilin ki, həmin illərdə Azərbaycanda güllələnənlərin sayı Ermənistandan iki dəfə azdır. Baxmayaraq ki, Azərbaycan əhalisinin sayı Ermənistan əhalisinin sayından üç dəfə çox olub. Bağırov haqqında mənfi fikir söyləyənlərin, ağzından vurmaq lazımdır”.

 

Tədbirin digər iştirakçıları da M. Bağırov barədə fikirlərini bildirib, onun haqqında xatirələrini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1524
avatar

Oxşar yazılar