Millət vəkili Yeni İli əsgərlərlə birgə qeyd etdi
01 yanvar 2014 15:56 (UTC +04:00)

Millət vəkili Yeni İli əsgərlərlə birgə qeyd etdi

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Tovuz rayonu Mədəniyyət evində Ermənistanla ön cəbhədə  yerləşən “N” saylı hərbi hissəninəsgərləri və zabitləri üçün bayram tədbiri və konserti təşkil olunub. Lent.az-ın məlumatına görə, əsgər və hərbiçilər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.

 

 Millət vəkili bildirib: “Hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır. Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.  Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda dalğalanacaq”.  Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, TRT Avaz kanalının “Kültür Harmanı” proqramının  yaradıcı heyətinin üzvləri, müğənni Elza Seyidcahan əsgər və zabitlərimizə təbriklərini çatdırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1382
avatar

Oxşar yazılar