Millət vəkili Qənirə Paşayeva mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, ona Beynəlxalq Kərkük Kültür Dərnəyi “Şərəf” diplomu, İraq “Türkman mədəniyyətinə göstərdiyi dəstəyə görə ” mükafat və Xidmət plaketi verib.
Mükafatı millət vəkilinə Kültür dərnəyinin rəhbəri Şəmsəddinin Kuzəci təqdim edib.
Q. Paşayeva türk dünyası gəncləri arasında yaxınlaşma, bütünləşmə, birlik və bərabərlik yolunda əlindən gələni etməyi özünə borc bildiyini deyib: “Bu sahədə Beynəlxalq Kərkük Kültür Dərnəyi ilə ortaq layihələrin həyata keçiriləcəyinə ümidvaram”.