Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşdü
30 sentyabr 2013 11:21 (UTC +04:00)

Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşdü

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 119 tələbə ilə görüşüb.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, görüş zamanı təhsil naziri tələbələri təbrik edərək onlara təhsildə uğurlar arzulayıb, azərbaycanlı gənclərin seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi ölkəmizə dönəcəklərinə əminliyini dilə gətirib.

 

Mikayıl Cabbarov deyib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. O, Dövlət Proqramı çərçivəsində təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırıb.

Qeyd edək ki, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 601 namizəd barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar