Mikayıl Cabbarov: “Qarşılıqlı anlaşma biliksiz mümkün deyil”
28 aprel 2014 14:30 (UTC +04:00)

Mikayıl Cabbarov: “Qarşılıqlı anlaşma biliksiz mümkün deyil”

“Əgər insanın təhsilə yanaşması çevikdirsə, o ətrafında olan reallığa daha tez uyğunlaşa bilər. Gələcəyin əsas çağırışları rəqabətəsaslı və davamlı inkişafa transformasiya olmaqdır. Təhsil bu çağırışların əsas açarıdır. Qarşılıqlı anlaşma biliksiz mümkün deyil”. APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı deyib. O qeyd edib ki, futuroloqların proqnozlarına görə, gələcək peşələrin 80 faizi bu gün tanınmayan peşələr qrupuna daxil olacaq.

Nazir qeyd edib ki, bu da təhsil sistemi qarşısında böyük öhdəliklər qoyur. Əgər bu gün mövcud peşələrin 20 faizi ənənəvi iş yerləri, 80 faizi isə futuroloqların dedikləri kimi indi tanınmayan peşələr olacaqsa, biz şagirdləri məktəblərdə necə hazırlamalıyıq?

 “Buradan belə çıxır ki, təhsil sistemi çevik olmalıdır. Təhsil sosial-iqtisadi həyatla sıx bağlı olmalı, bu günün reallıqlarını və gələcəyin çağırışlarını ehtiva etməlidir. Ötən ilin oktyabr ayında Azərbaycanda Təhsilin İnkişafı üçün Dövlət Strategiyası qəbul olunub. Bu sənəd təhsilə cəmiyyətimizin verdiyi önəmi bir daha nümayiş etdirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar