Metroda yenə problem yaranıb?- AÇIQLAMA
09 iyul 2014 10:48 (UTC +04:00)

Metroda yenə problem yaranıb?- AÇIQLAMA

Bu gün səhər Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb. Bu barədə sərnişinlərdən biri Lent.az-a bildirib. Belə ki, sərnişinlər səhər saat 9.00 radələrində “Dərnəgül” stansiyasından “Həzi Aslanov” stansiyasına hərəkət edən qatarı 20 dəqiqəyə yaxın gözləməli olublar. Həmin saatda insanların işə getməsini nəzərə alsaq, 20 dəqiqə gecikmə stansiyalarda sərnişin sıxlığı ilə nəticələnib. 

 

“Bakı Metropoliteni” QSC-dən də məsələyə münasibət bildiriblər. Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Lent.az-a bildirib ki,  bu gün səhər saatlarında metroda heç bir hadisə baş verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1505

Oxşar yazılar