Metro stansiyalarının çıxışları yaşayış binalarının altında tikiləcək
30 sentyabr 2013 11:37 (UTC +04:00)

Metro stansiyalarının çıxışları yaşayış binalarının altında tikiləcək

 

Azərbaycanda gələcəkdə layihələndiriləcək metro stansiyalarının çıxışlarının üzərində yaşayış binaları tikilə bilər. Artıq bununla bağlı təkliflər var və Bakı Metropoliteninin mütəxəssisləri bunun reallaşdırılmasını mümkün sayırlar. Bunu «APA-Economics»ə açıqlamasında Metropolitenin inşaat üzrə rəis müavini Rizvan Bayramov bildirib.

 

Onun sözlərinə görə, bu, xüsusən yeni stansiyaların tikintisi zamanı daha asan həyata keçirilə bilər: «Çünki artıq tikinti işləri aparılan zaman yeni binaların yükü elə hesablanır, elə tikilir ki, onların yükü metropoliten stansiyalarının üzərinə düşmür. Ona görə də layihələndiriləcək gələcək metro çıxışlarını bu cür inşa etmək olar. Məsələn, «Sahil» metro stansiyasının çıxışı bu baxımdan çox düzgün qurulub. Belə çıxışlar digər yerlərdə də var. Hətta köhnə binaların birinci mərtəbəsindən çıxan metro stansiyaları olub».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1183
avatar

Oxşar yazılar