Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Mətbuat Şurası «Davamlı insan inkişafı» istiqaməti üzrə kurslara start verib. Lent.az-ın məlumatına görə, kurslarda «Media və dövlətçlik», «İnsan inkişafı konsepsiyası - inkişafın yeni paradiqması kimi», «Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması», «Davamlı insan inkişafında elm göstəriciləri», «Təhsilin inkişafında KİV-in rolu», «Qloaballaşma və KİV», «Media və onun özünütənzimləmə mexanizmləri» və sair mövzularda müxtəlif sahələrlə bağlı tanınmış mütəxəssislərin məruzələri dinləniləcək.
Ölkənin aparıcı kütləvi informasiya vasitələrindən nümayəndələrin qatıldıqları kurslar aprelin 28-dən mayın 2-dək keçiriləcək və sonda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.